İlon Maskın şirkəti "SpaceX" Gürcüstanda "Starlink" peyk internetini başlatmağı planlaşdırır
2022-06-22 14:54:00
İlon Maskın şirkəti "SpaceX" Gürcüstanda "Starlink" peyk internetini işə salmağı planlaşdırır. Belə ki, “SpaceX” şirkətinin nümayəndəsi ölkəni İlon Maskın yeni peyk sisteminə qoşmaq layihəsini təqdim etmək üçün Gürcüstana gəlib.
ABŞ şirkəti Gürcüstanın genişzolaqlı internetin olmadığı yüksək dağlıq rayonlarını internetlə təmin etməyi planlaşdırır.
"Starlink" internetin etibarsız, bahalı və ya tamamilə əlçatmaz olduğu yerlərdə yüksək sürətli genişzolaqlı peyk İnternetə çıxışı təmin etmək üçün "SpaceX" tərəfindən yerləşdirilmiş qlobal peyk sistemidir.
Ülviyyə, Hurriyyet.az