İlon Maskın sülh planı: “Krımın Ukraynaya verilməsi Xruşovun səhvi olub”
Hurriyyet.az BBC kanalının rus redaksiyasına istinadla xəbər verir ki, dünyanın ən varlı adamı, “Tesla” və “SpaceX” şirkətlərinin əsasını qoymuş İlon Mask Ukraynadakı münaqişənin son nəticədə nüvə müharibəsinə səbəb olacağı ehtimalını zəif də olsa, mümkün hesab elədiyini yazıb.
Mask “Tvitter” səhifəsindəki paylaşmasında öz sülh planını təqdim edib. O, müharibənin bitirilməsi ilə bağlı dörd maddəlik təklif irəli sürüb:
- İşğal edilmiş ərazilərdə BMT-nin müşahidəsi altında seçkilərin keçirilməsi. İnsanlar istəsələr, Rusiya oranı tərk edir;
- Krım formal olaraq, Rusiyanın ərazisinə çevrilir (“1783-cü ildən Xruşovun səhvinə qədər belə olub”);
- Krım su ilə təchiz edilir;
- Ukrayna neytral dövlət olaraq qalır.
Maskın fikrincə, “çox güman ki, son nəticə məhz belə olacaq – məsələ buna qədər neçə nəfərin öləcəyidir”.
Biznesmen bu təkliflərinin altında “hə” və “yox” cavablı səsvermə üçün forma yerləşdirib.
Litva Prezidenti Qitanas Nauseda Maskın “Donbass və Krım sakinlərinin Rusiya, yoxsa Ukrayna ərazilərinə daxil olmaq istədiklərinə özlərinin qərar verməsi” barəsindəki paylaşmasına belə cavab yazıb: “Dəyərli İlon Mask, əgər kimsə sizin “Tesla”nın tələrini oğurlamağa çalışırsa, bu, onu nə təkərin, nə də “Tesla”nın qanuni sahibi etmir. Hətta, o, həm təkərin, həm də “Tesla”nın onun lehinə səs verdiklərini iddia etsə belə”.
Hürr Tərcüman
.png)
.png)