📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlqar Həsənov: Tələbat yüksəkdir, halal məhsulların ixrac potensialını artıra bilərik

2026-10-16 12:26:48

İlqar Həsənov: Tələbat yüksəkdir, halal məhsulların ixrac potensialını artıra bilərik

Azərbaycanda halal standartlarının tətbiqi imkanlarının araşdırılması məqsədilə istehsal müəssisələrində müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Hurriyyet.net  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə halal standartlarının təşviqi istiqamətində tədbirlərin keçirilməsi, istehsal müəssisələrində istehsal prosesləri ilə yerində tanışlıq və həmin standartların tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur.

İlqar Həsənov qeyd edib ki, Azərbaycan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) üzvüdür və təşkilat tərəfindən qəbul edilmiş standartların əksəriyyəti ölkədə dövlət standartları kimi qəbul olunub.

“Dünyada halal məhsullara tələbat kifayət qədər böyükdür. Biz bundan səmərəli istifadə etməklə ixrac potensialımızı artıra bilərik”, – deyə o bildirib.

Agentlik rəsmisi əlavə edib ki, hazırda Azərbaycanda halal standartları mövcuddur və onların praktik tətbiqinin, eləcə də təşviqinin genişləndirilməsi istiqamətində işlərin aparılması nəzərdə tutulur.