📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmamoğlunun ortağı olduğu şirkətin hesablarına həbs qoyuldu

2025-03-19 23:04:14

 İmamoğlunun ortağı olduğu şirkətin hesablarına həbs qoyuldu

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim" şirkətin hesablarına həbs qoyulub.

Həbs Baş Prokurorluğun tələbi ilə tətbiq edilib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir. \\Redaktor.az