İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
2026-04-20 19:06:18
İmişli rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Cavadovu elektrik cərəyanı vurub.
Hadisə nəticəsində o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.