İmişlidə 21 yaşlı şəxs ağacdan asılmış vəziyyətdə tapılıb
2024-08-05 19:47:58
İmişlidə 21 yaşlı gənc özünü ağacdan asaraq intihar edib.
Hurriyyet.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə İmişli rayonunun Sarxanlı kəndində qeydə alınıb. Sarxanlı kənd sakini, 2003-cü il təvəllüdlü Quluzadə Elməddin Heybət oğlu özünü ağacdan asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.