📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

2025-01-18 17:00:21

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.

DİN-in Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.