İmişlidə sahibsiz itlər və “reket jurnalistlər”
Ölkənin başqa rayonlarında olduğu kimi, İmişlidə də vəziyyət qeyri-sağlamdır. Minlərlə qazinin pensiyasını dayandırıblar. Hətta bir neçə şəxs bu duruma dözməyərək, dünyasını dəyişib. Əlil, şikəst, qeyri-sağlam insanları çörəklə imtahana çəkmək, İkinci Qarabağ Vətən Müharibəsi qazisinin əliliyini təsdiq etməmək, hətta işləyə biləni çörəklə imtahana çəkmək, nə qaniçən ermənidə var, nə də mollakratiya rejiminin hakim olduğu İranda.
Yeri gəlmişkən, İranda müharibə iştirakçısını oxudur, təhsil verirlər ki, xalqa, dövlətə sadiq məmur, həkim, müəllim olsunlar. Bizim xəstələrimiz İrana müalicəyə gedir, ucuz və keyfiyyətli dərmanları oradan alırlar. Təbii ki, əgər gedə bilsələr...
İmişlini sahibsiz itlər bürüyüb. Rayon rəhbərliyi isə bildirir ki, “heyvan hüquqları müdafiəçilərindən qorxuruq”. Bir neçə sakini, hətta müəlliməni it qapıb. Sahibsiz itlər bir dostumun 25 baş xırdbuynuzlu heyvanının hamısına “Araz” çayı kənarındakı örüşlərdə ağır yaralar vurub, 12-ni öldürüb. Şikayət etsə də, heyvanlarının təzminatını ala bilmir. Bəs, heyvan hüquqçuları haradadır? Nadirin qoyunlarına dəyən zərəri kim ödəyəcək, qoyun heyvan deyil?
Vətənin şərəfi və ləyaqəti sayılan əsgər və zabitlərimizə Tərtərtdə cəngəllik insanları kimi, erməni quduz köpəklərini belə arxada qoyacaq işgəncələr vermiş Hərbi Prokurorluq rəsmilərinə, quldurlarına, öz xalqına qənim kəsilənlərə bu heyvan müdafiəçiləri reaksiya vermir ,amma quduzlaşmış itlərə görə haray salırlar. Ona görə də ölkədə anarxiya, xaos hökm sürür. Korrupsioner məmurla bahalı xarici avtomobillərdə gəzir, çoxsaylı otellər, villalar, milyon-milyard sahibidirlər, xalqın böyük hissəsi isə çörəyə möhtacdır.
Son vaxtlar İmişlidə “reket jurnalistlər” də baş qaldırıb. Yanlarında qısa yubkalı, boyalı qadınları salıb, idarə-idarə gəzir, hayasızlıq edirlər...
Bu yaxınlarda belələrindən bir neçəsi mənə tənə etmək istədi ki, “siz tənqid edirsiz, xeyrini biz görürük”. Onlara başa saldım ki, mən jurnalist yox, ADP RT-nin sədri, iqtisadçıyam.
Bu günlərdə tanınmış həkim dostum Məhəmməd bəylə görüşdük. Bir neçə kitab müəllifi - “Ömürdən düşən yarpaqlar”, Türk dünyasının lideri Rəcəb Təyyub Ərdoğana həsr olunan “Salam Ulu Türk” kitabının müəllifi Məhəmməd həkimin mərhum qardaşı, vaxtilə İmişlinin Kənd Təsərrüfatı İdarəsini quran və sonda Birinci katibi olmuş Xanhüseyn Bəylərovla yaxın qonşu olmuşuq. Mərhumun bizim ailənin çətin günlərində yanımızda olmasını Allah xatirinə yad edirəm. İmişlililər Xanhüseyn müəllimin adını əbədiləşdirdilər, adına küçədə verdilər.
Məhəmməd həkim mənə bildirdi ki, “Sizin tənqid etdiyiniz Azər Kazımov İmişli MRX-nın təzə təyin olunmuş baş direktoru ilə uzun illərdir yaxın dost münasibətindəyik. MRX-nın baş mühasibi bacı oğlumuz Gündüz Həsənovla da dostam, həkim onu çıxartmayıb, Gündüz ərizə ilə başqa işə keçib və özü də razıdır”. Ona bildirdim ki, başqa şəxsləri də işdən azad edib.
Məhəmməd həkim dedi ki, “Onlar “ölü canlardır”, heç vaxt işə gəlməyiblər, tələb edirlər ki, əmək haqqını davamlı almalıyıq. Azər həkim də onların əmrini verib. Nəyi günahdır?”
Məhəmməd həkimə bildirdim ki, mən vətəndaş kimi tənqid etməyə borcluyam, səhvim olanda dostlarım, yaxınlarım mənə yardımçı olmalıdır, bəs dost hansı gündə tanınar?!
Məhəmməd həkimdən ayrıldım, axşam eşitdim ki, yeni təyin edilmiş Baş direktor Azər Kazımov da koronavirusa yoluxub. Əvvəlki Baş həkim Eynulla Qasımov yaxın həftələrdə koronavirusdan vəfat edib. Xəstəxanada işləyənlərin hamısı vaksinasiya olunsa da, tez-tez spirtlənsələr, maskasız gəzməsələr də 90%-i koronavirusa yoluxub.
Mən Azər Kazımovun düşməni deyiləm, arzu edirəm ki, İmişlidə etimad qazanmış keçmiş qohumu, mərhum Baş həkim, alim Ənvər Ağayev, eləcə də mərhum Baş həkim Eynulla Qasımov kimi etimad qazansın. Eləcə də ortaq dostumuz Məhəmməd həkim kimi.
Məhbub ZÜLFÜQARLI,
ADP İmişli RT-nın sədri