📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

2026-08-24 12:23:56

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Hurriyyet.media  xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.

Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.