"İmişli"yə məğlubiyyəti belə şərh etdi
2026-10-18 22:28:25
Misli Premyer Liqasının 8-ci turunda "İmişli"yə Yevlaxda 0:1 hesabı ilə uduzan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyundan sonra fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis belə danışıb:
""İmişli" layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik. Məhz belə qol buraxdıq. Az sayda qol vəziyyətlərimizdən də istifadə edə bilmədik. Həmişə standart vəziyyətlər üzərində işləyirik. Təəssüf ki, bu gün alınmadı". (fanat.az)