İmran Xan azadlığa çıxdı!
2023-05-12 15:06:00
Hurriyyet.az xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xan azadlığa çıxıb.
Xəbər verdiyimiz kimi, mayın 11-də, ölkədəki iki günlük etiraz nümayişlərindən sonra Pakistan Ali Məhkəməsi keçmiş Baş nazir İmran Xanın həbsini qeyri-qanuni hesab etmişdi. Pakistanda İmran Xanın həbsinə qarşı baş verən etirazlar zamanı azı 8 nəfər həlak olmuş, 290 nəfər isə yaralanmışdı.
Mayın 12-də isə Pakistan Ali Məhkəməsinin kollegiyası onu girov qarşılığında azadlığa buraxıb.
Hürr Tərcüman