📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmran Xan: Bizdən intiqam aldılar, 80 min insan itirdik

2022-02-14 09:15:00

İmran Xan: Bizdən intiqam aldılar, 80 min insan itirdik

ABŞ-ın Əfqanıstanda terrorizmə qarşı mübarizəsi ölkədə daha çox terrorçunun meydana gəlməsinə səbəb oldu.

Hurriyyet.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri İmran Xan deyib.

Dövlət xadimi bildirib ki, ABŞ bu yöndə fəaliyyəti ilə bağı amerikalılara yalan söyləyir:

“Kəndlərdə partlayan bombalar necə terrorçuları hədəfləyə bilər? ABŞ pilotsuz uçuş aparatları ilə bağlı siyasətinə yenidən nəzər yetirməlidir”.

Pakistan baş naziri qeyd edib ki, Əfqanıstanda ölkəsi ABŞ-la birgə hərəkət etdiyinə görə intiqam xarakterli hücumlara məruz qalıb:

“Bütün ölkə ərazisində kamikadzelər var idi. 80 min insan itirdik”.

İmran Xan onu da əlavə edib ki, Əfqanıstanda Talibanın alternativi yoxdur və Vaşinqtonun onlarla diplomatik münasibətlər qurması gərəkdir.