📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmran Xan çağırış etdi

2022-04-14 17:49:00

İmran Xan çağırış etdi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Pakistan parlamentinin  etimadsızlıq səsverməsi nəticəsində istefa verən İmran Xan Peşavər şəhərində keçirilən mitinqdə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı çağırış edib.

Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan vəzifədən çıxarılmasından sonra tərəfdarlarının ilk mitinqini Peşaverdə keçirib. Xan deyib: “Yeni seçkilərin keçirilməsi dərhal elan edilməlidir, əks halda xalqı küçələrə çağıracağam”.

Əhalini ona qarşı xarici qəsdə qarşı dinc nümayişlər keçirməyə dəvət edən Xan ABŞ-a Pakistanda hərbi baza vermədiyi üçün Vaşinqtonun ölkədə hakimiyyət dəyişikliyi etdiyini söyləyib. Xan Pakistanın ABŞ üçün döyüşdüyünü, lakin Vaşinqtonun dron hücumları ilə günahsız pakistanlıları öldürdüyünü bildirib.

İmran Xan aprelin 16-da Karaçidə mitinq keçirəcəklərini bildirib.

Hürr Tərcüman