İmran Xan növbəti dəfə məhkəməyə çağrıldı, həbsi təxirə salındı
Hurriyyet.az xəbər verir ki, məhkəmə Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı həbs qərarının dayandırılması və 8 iyun tarixinə qədər təxirə salınmasını qərara alıb. “ARY News” agentliyinin verdiyi xəbərə görə, İmran Xan məhkəməyə gələrək azad edilməsi üçün cərimə ödəyib.
İmran Xan asayiş keşikçilərinə qarşı zorakılıqda, korrupsiyada, çirkli pulların yuyulmasında ittiham olunaraq, mayın 9-da məhkəmə zalında həbs olunmuş, insan ölümləri və yaralanmaları ilə nəticələnən kütləvi etirazlardan sonra mayın 12-də Pakistan Ali Məhkəməsi onun həbs edilməsi qərarını qanunsuz hesab eləmiş, azadlığa buraxılması barəsində hökm vermişdi.
Keçən ilin aprel ayında iqtidardan endirilən İmran Xana qarşıhökumət tərəfindən indiyə qədər 160-a qədər məhkəmə iddiası qaldırılıb.
İmran Xan terrorla mübarizə məhkəməsinə cavab vermək üçün növbəti dəfə İslamabad şəhərinə gedib. Keçmiş Baş nazirin həbsi girov müqabilində təxirə salınıb.
Hürr Tərcüman