İmran xan xalqa müraciət etdi: “Küçələrə çıxın”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Pakistanın keçmiş Baş naziri, bu yaxınlarda sui-qəsd nəticəsində yaralanmış İmran Xan xalqa müraciət edərək, tərəfdarlarını öz etirazlarını bildirməyə çağırıb.
Pakistanın Təhriki İnsaf Partiyasının lideri İmran Xan Vəzirabadda mitinqdəki çıxışı zamanı ona açılan atəş nəticəsində iki ayağından yaralanmışdı. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Xəstəxanada jurnalistlərə açıqlama verən Xan ona qarşı sui-qəsd planı olduğu barəsində məlumatlı olduğunu söyləyərək deyib: “Baş nazir Şahbaz Şərif, Daxili İşlər naziri Rana Sanaullah, Xidmətlərarası Kəşfiyyat nazirinin müavini general Feysəl Nasirin planı olduğunu öyrəndim”.
Xan onların istefasını tələb edib: “Bu 3 nəfər vəzifədə olduğu müddətdə müstəqil təhqiqat aparıla bilməz. Əgər istefa verməsələr, etiraz edəcəyik və küçələrə çıxacağıq”.
Xan səhhəti qaydasına düşən kimi etiraz nümayişlərinə qoşulacağını deyib.
Hürr Tərcüman