İmran Xana qarşı sui-qəsd cəhdi! - VİDEO
2022-11-03 16:29:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Pakistanın keçmiş Baş naziri, Azərbaycan xalqının sevimli dostu İmran Xanın avtomobilinə naməlum şəxslər atəş açıblar. Xan ayağından yaralanıb. Bu barədə məlumatı Geo telekanalı verib.
Onun avtomobili lideri olduğu “Pakistan Təhriki İnsaf” partiyasının tərəfdarlarının karvanının önündə irəliləyirmiş.
Telekanalın verdiyi xəbərə görə, atəş nəticəsində partiya rəhbərliyinin 4-5 üzvü yaralanıb.
Dünya mətbuatının yazdığına görə, İslamabaddan təxminən 200 km məsafədə baş verən hadisə keçmiş Baş nazir Bənazir Bhuttonun 2007-ci ildə mitinq zamanı güllələnərək öldürülməsi ilə bağlı dəhşətli faciəni xatırladıb.
Hürr Tərcüman