📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmran Xana qarşı yeni ittiham irəli sürülüb

2024-02-27 14:21:57

İmran Xana qarşı yeni ittiham irəli sürülüb

Hurriyyet.az xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xana ilə həyat yoldaşı Buşre Bibi rüşvət almaqda ittiham olunurlar. Bu barədə məlumatı "Röyter" agentliyi verib.
Xan ilə Bibi 2018-i ildə "Al Qadir Trust" adlı xüyriyyəçi qeyri-hökumət təşkilatı qurublar. İttihamçıların iddiasına görə, bu təşkilat rüşvət qismində torpaq almaq üçün örtük məqsədilə istifadə edilib.
Qeyd edək ki, 71 yaşlı siyasətçi 2023-cü ilin avqustundan bəri həbsxanadadır. İmran Xan ilə həyat yoldaşına 14 illik həbs cəzası verilib.
İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə başçılıq edib. 
İmran Xan özü isə ABŞ-ı onu devirməkdə ittiham edir.
Hürr Tərcüman