İmran Xana “terrorçu” damğası vurmaq istəyirlər! Xalq ayağa qalxdı, məhkəmə onu qorudu
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Pakistanda məhkəmə keçmiş Baş nazir İmran Xanın 3 gün müddətinə nəzarətdə saxlanmasının əngəllənməsini qərara alıb.
İmran Xanın dəstəkçiləri onun həbs edilməsinə qarşı etiraz nümayişləri keçiriblər. Məhkəmənin qərarına görə, İmran Xan 25 avqust tarixinə qədər həbs edilə bilməz.
Qeyd edək ki, İmran Xan terrorçuluqda ittiham edilir. Məhkəmə onun Terrorla Mübarizə Məhkəməsinə müraciət etməsini tövsiyə edib.
İmran Xanın başçısı olduğu Təhrik-i İnsaf Partiyasının üzvü olan, keçmiş nazir Əli Amin Qandapur “Tvitter” şəbəkəsindəki açıqlamasında Xanın həbs ediləcəyi təqdirdə, İslamabadda nəzarəti ələ alacaqları ilə bağlı hökumətə xəbərdarlıq edib. Qandapur polisə bu siyasi mübarizəyə qoşulmamaq çağırışı edib.
Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentinin etimadsızlıq səsverməsi nəticəsində (174 səs əleyhinə) İmran Xan Baş nazir vəzifəsindən istefa vermişdi.
Aprelin 11-də keçirilən seçkilərdə səs çoxluğu ilə (174 səs lehinə) Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib. O, üç dəfə ölkənin Baş naziri seçilmiş Navaz Şərifin qardaşıdır.
İmran Xan vəzifədən çıxarılmasının arxasında ABŞ dövlətinin durduğunu bəyan edib.
Hürr Tərcüman
![]()