İmtahan nəticələri aprelin 8-də AÇIQLANACAQ
2022-03-12 16:19:00
Martın 13-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
Bu barədə DİM-dən Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.
Modern.az