📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmtahan nəticələri tələbələr tərəfindən yoxlanılır?

2022-04-16 14:05:00

İmtahan nəticələri tələbələr tərəfindən yoxlanılır?

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan nəticələrinin tələbələr tərəfindən yoxlanıldığı ilə bağlı iddialara münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, M.Abbaszadə 2015-ci ildən başlayaraq markerlər kursu yaradıldığını bildirib.

“Bu, yeni işdir. Bu kurslardan və imtahandan keçən namizədlər yoxlamaya buraxılır. Hər bir sualı iki marker yoxlayır. Bəli, markerlər arasında magistrlər da var. Biz dəfələrlə çağırışlar edirik və cavab isə əsasən gənclərdən gəlir”, - o bildirib.