📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmtahan ödənişlərində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

2024-01-25 13:05:48

İmtahan ödənişlərində dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

“İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.

“Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”, - sədr qeyd edib.

DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib:

“Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq”.

report.az