📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO

2024-04-16 21:18:43

İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb.

Hurriyyet.Az xəbər verir ki, yüksək bal toplayanlar arasında şagird Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyevin qızıdır.

Mələkxanım öz sevincini Modern.az-la bölüşüb.

“İlk növbədə doğma məktəbim - Dəyanət Vəqfi Bakı Türk Liseyinə, əziz və fədakar müəllimlərimə ürəkdən təşəkkür edirəm. Bildiyiniz kimi, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir. Hədəfim blok imtahanlarında da yüksək nəticə göstərib ADA Universitetində təhsil almaqdır”, - o deyib.