📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İmtahanların nəticələri nə üçün gec açıqlanır? RƏSMİ

2022-04-11 10:45:00

İmtahanların nəticələri nə üçün gec açıqlanır? RƏSMİ

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən açıqlamada yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etdiyi bildirilib.

"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.

Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.