📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnadkar gürcü jurnalist Lavrovla rusca danışmaqdan imtina etdi - VİDEO

2021-12-03 23:31:00

İnadkar gürcü jurnalist Lavrovla rusca danışmaqdan imtina etdi - VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Gürcüstanın “Rustavi-2” telekanalının jurnalisti Tamara Nutsubidze arasında maraqlı dialoq yaşanıb.

Hadisə Stokholmda keçirilən mətbuat konfransında baş verib.

Tamara Nutsubidze Rusiya xarici işlər nazirinə ingilis dilində sual verib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova jurnalistdən rus dilində sual verməsini xahiş edib. Gürcü jurnalist isə bununla razılaşmayıb.

“Rustavi-2” telekanalının əməkdaşı ingilis dilinin problem olub-olmadığını soruşub. S.Lavrov da gülümsəyərək, ondan rus dilinin onun üçün problem olub-olmadığını soruşub.

"Bu sizin üçün problemdir?", - Sergey Lavrov soruşub. Gürcü jurnalist yenə də rus dilində danışmaqdan imtina edərək sualı ingilis dilində verib.

Nəticədə, gürcü jurnalistin ingilis dilində verdiyi suala S.Lavrov rusca cavab verib.

 

Redaktor.az