📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnam Kərimov: "Bu, böyük etimaddır"

2022-02-19 13:03:00

İnam Kərimov:

"Ağır Atletika Federasiyasının prezidenti seçildiyim üçün üzvlərə təşəkkür edirəm. Bu böyük etimatdır".

Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Ağır Atletika Federasiyasının yeni prezidenti İnam Kərimov mətbuat konfransında deyib.

O, ağırlıqqaldırma növünün önəmli idman sahələrindən olduğunu bildirib: "Bu sahə Prezident İlham Əliyevin diqqətindən olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqli təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sadədə çempionlarımızın olmasını gözləyirik. Bugünkü iclasda əldə edilmiş uğurlar dinlənildi və çətinliklərdən bəhs edildi. Razılığımız ondan ibarət oldu ki, bu məsələləri daha yaxından təhlil etməli və qarşımıza qoyduğumuzun hədəfləri müəyyənləşdirməliyik".