📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnci Ağasiyevanın Oxford Universitetinə gedən uğurlu yolu

2026-08-16 21:46:14

İnci Ağasiyevanın Oxford Universitetinə gedən uğurlu  yolu

İnci ibtidai təhsilini yüksək akademik nəticələri ilə seçilən Saint John’s School-da başa vurub. Daha sonra 7–11-ci siniflər üzrə yüksək nəticə göstərən şagirdlərin təhsil aldığı Saint Anne’s Catholic School-da təhsilini davam etdirib. O, məktəbi bütün fənlər üzrə yüksək qiymətlərlə – A və A* nəticələri ilə başa vuraraq akademik uğurunu bir daha nümayiş etdirib.

Məktəbi bitirdikdən sonra İnci Barton Peveril College, Peter Symonds College və Lansdowne College tərəfindən təhsilini davam etdirməsi üçün təkliflər alıb. Onun seçimi isə Barton Peveril College olub.

Barton Peveril-də təhsilinin ilk ilindən etibarən İnci yüksək akademik nəticələr göstərib. İlk tədris ili ərzində Oxford və Cambridge universitetlərinin hüquq proqramları ilə bağlı təlim və hazırlıq tədbirlərində iştirak edib.

Kollecin ikinci ilinin əvvəlində və il ərzində keçirilən sınaq imtahanlarında ardıcıl olaraq yüksək nəticələr əldə edib. Sentyabr ayında keçirilən xüsusi hüquq imtahanında da yüksək nəticə göstərərək hüquq sahəsindəki akademik hazırlığını bir daha təsdiqləyib.

İncinin göstərdiyi yüksək nəticələr və akademik göstəricilər onun qarşısında İngiltərənin aparıcı universitetlərində ali hüquq təhsili almaq üçün geniş imkanlar yaradıb. Nəticədə o, İngiltərənin beş nüfuzlu universitetindən Hüquq ixtisası üzrə təhsil almaq təklifləri alıb.

İnci iki universiteti əsas seçim kimi müəyyənləşdirib – University of Oxford və University of Warwick.

Dövlət qəbul imtahanlarında əldə etdiyi yüksək nəticələr və Oxford Universitetinin qəbul tələblərinə uyğun akademik göstəricilər üzrə 3 fənn, 9 imtahanda topladığı yüksək nəticələrlə Oxford Universitetində Hüquq ixtisası üzrə qəbul prosesini uğurla başa çatdırıb.

Bu nəticə İncinin illər ərzində göstərdiyi davamlı zəhmətin, məqsədyönlü hazırlığının və yüksək akademik göstəricilərinin layiqli nəticəsidir.

İnciyə gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq!