📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İndi ancaq bir bənd şeir yazır” – Nəriman Həsənzadə necədir?

2026-04-14 16:30:08

“İndi ancaq bir bənd şeir yazır” – Nəriman Həsənzadə necədir?

“Nəriman müəllim demək olar ki, evdən çölə çıxmır. Bütün günü istirahət edir. Səhhəti harasa getməyə imkan vermir”.

Bunu Musavat.com-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, 95 yaşlı şairin müalicələri evdə davam etdirilir:

“Xəstəxanaya getməyə ehtiyac yoxdur. Evdə ona hər cür xidmət göstərilir. Səhhəti qaydasındadır. İndi əvvəlki kimi şeirlər yazmır. Nadir hallarda bir bəndlik şeir olur. Günü evdə keçir. Onunla maraqlananlar da zəng edib, əhvalını soruşurlar”.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən şair bir müddət Mərkəzi Klinik Xəstəxanada müalicə alıb. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.