"İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir" - İsmayıl Bəqai
2026-03-09 15:15:54
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, hazırda Yaxın Şərqdə atəşkəs üzrə mümkün vasitəçilik səylərinin müzakirə edilməsi yersizdir.
Hurriyyet.info "Al-Jazeera"yə istinadən xəbər verir ki, o, bu barədə martın 9-u keçirilən brifinqdə bildirib.
"Hazırda döyüş əməliyyatları davam edir. Bu konkret vəziyyətdə ölkənin müdafiəsindən başqa hər hansı bir şey barədə danışmaq yersizdir", - o deyib.
İ.Bəqayi əlavə edib ki, İran məcburi müharibə aparır və bunu da özü başlatmayıb.