"İndi unutqan olmadan sülh quruculuğu zamanıdır" - NATİQ CƏFƏRLİ
"Biz millət olaraq böyük qələbə qazandıq, bu qələbə sülhə qapı açır, bölgənin rifahına şans yaradır"
"Ölkəmizdə olan avropalı jurnalist, araşdırmaçıları Pirallahıya, xristian qəbiristanlığına apardım. Heç bir xəsarət almayan erməni qəbirlərini gördülər, fotolarını çəkdilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.
Politoloqun sözlərinə görə, avropalı qonaqlar təəccübləniblər ki, ermənilər onillərlə Azərbaycanda erməni qəbirlərinin dağıdıldığını, yer üzündən silindiyini "sübut" etməyə çalışıblar: "Biz millət olaraq böyük qələbə qazandıq. Bu qələbə sülhə qapı açır, bölgənin rifahına şans yaradır. Xalqımız böyük xalqdır, sülhə hazırdır, ürəyi yumşaqdır, bağışlayandır. İndi unutqan olmadan sülh quruculuğu zamanıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az