📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Indian Defense Research Wing”: Ermənistan Hindistandan daha çox silah almaq niyyətindədir

2024-06-19 12:00:02

“Indian Defense Research Wing”: Ermənistan Hindistandan daha çox silah almaq niyyətindədir

Ermənistan Hindistandan PUA-lar və orta mənzilli yer-hava raketləri almağa çalışır. Bu barədə Hindistanın “Indian Defense Research Wing” nəşri yazır.

Yazıda qeyd olunur ki, Ermənistan tərəfi artıq gələn il çatdırılması planlaşdırılan “Akaş S1” hava hücumundan müdafiə sistemi alıb. İrəvan “Akaş-NG” hava hücumundan müdafiə və “MR-SAM” orta mənzilli raketlərin alınması imkanlarını da nəzərdən keçirir.

Nəşrin məlumatına görə, Ermənistan özünün müdafiə tələblərinə uyğunluğunu təmin etmək üçün yuxarıda qeyd olunan sistemlərin hərtərəfli texniki qiymətləndirilməsini keçirməyi və bundan sonra onların alınması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Ülviyyə, Hurriyyet.az