📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İndiki mərhələdə sülh sazişi müzakirələri üçün ən uğurlu olanı Brüssel platformasıdır" - ARİF HACILI

2023-10-06 13:03:49

"Türkiyənin iştirak etmədiyi heç bir masada, heç bir platformada Fransanın iştirakına yol verilməməlidir"

"Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizəsinə həm siyasi-diplomatik, həm də ciddi hərbi dəstək verən Fransa Azərbaycanda separatizmi müdafiə edən ölkələr sırasında öndədir". Hurriyyet.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

Partiya sədri bildirib ki, Fransa Qarabağ separatizminə dəstək məsələsində hətta Ermənistandan irəli keçmiş kimi görünür: "Bundan sonra Azərbaycan-Ermənistan münasibətlərinin müzakirə olunduğu və Türkiyənin iştirak etmədiyi heç bir masada, heç bir platformada Fransanın iştirakına yol verilməməlidir".

Arif Hacılı əlavə edib ki, indiki mərhələdə sülh sazişi müzakirələri üçün ən uğurlu olanı Brüssel platformasıdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az