📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İndiki siyasi motivli həbslərin nə məntiqi var axı?!" - NATİQ CƏFƏRLİ

2024-04-30 13:16:42

"İqtidarın bu addımlara ehtiyacı yoxdur, əlavə problemlər yaranır, dövlət olaraq haqlı olduğumuz məsələlərdə belə, hamıya üzərimizə gəlməyə bəhanələr verirlər"

"Azərbaycanda müstəqillikdən üzü bəri həmişə siyasi motivli həbslər olub. Bu həbslərin öz "məntiqi" də olub, iqtidar bu yolla özünə olan müəyyən təhdidləri neytrallaşdırıb, iqtidarı qorumaq üçün məmləkətdə həbslər dalğası yaşanıb. Amma indiki siyasi motivli həbslərin nə məntiqi var axı?!" Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq hesab edir ki, iqtidara təhlükə yoxdur: "Reytinq yüksək, böyük və möhtəşəm hərbi qələbə, pararlel olaraq ciddi diplomatik uğurlar. Yaxşı, bunların fonunda son sərtləşmənin, mənasız həbslərin anlamı nədir axı?! Vallah-billah ha düşünürəm, məntiq tapa bilmirəm. Məmləkət siyasi məhbus ayıbından qurtulmalıdır, iqtidarın bu addımlara ehtiyacı yoxdur, əlavə problemlər yaranır. Dövlət olaraq haqlı olduğumuz məsələlərdə belə, hamıya üzərimizə gəlməyə bəhanələr verirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az