📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İndiyədək neçə erməni hərbçinin meyiti təhvil verilib? – Nazir AÇIQLADI

2022-11-05 12:37:00

İndiyədək neçə erməni hərbçinin meyiti təhvil verilib? – Nazir AÇIQLADI

“2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra Azərbaycan tərəfi onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən artıq erməni hərbçinin meyitini Ermənistana təhvil verib”. 

Hurriyyet.az bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. 

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyi ilə bağlı hər hansı bir məlumat yoxdur: 

“2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”. 

bizim.media