📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İndoneziyada 6,2 bal gücündə şiddətli zəlzələ oldu

2023-12-30 23:23:26

İndoneziyada 6,2 bal gücündə şiddətli zəlzələ oldu

İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. 

Hurriyyet.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə, 46 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.