📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İndoneziyada bir gündə 3 zəlzələ oldu

2026-08-16 11:33:25

İndoneziyada bir gündə 3 zəlzələ oldu

İndoneziyada bir gündə artıq üçüncü zəlzələ baş verib.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ölkədə qeydə alınan sonuncu zəlzələnin maqnitudası 5,7 olub. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bu, İndoneziyada gün ərzində qeydə alınan üçüncü zəlzələdir. Bundan əvvəlki zəlzələlər Flores və Şimali Sumatra bölgəsində baş tutub. Floresdə qeydə alınan zəlzələ 7,6 bal, Şimali Sumatrada baş verən zəlzələ isə 6,4 bal gücündə olub.