İndoneziyada vulkan püskürməsi ölümlərə səbəb oldu
2023-12-04 08:47:21
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın Sumatra adasında vulkanın alovlanması nəticəsində azı 11 nəfərin həlak olduğu bildirilir.
Bu barədə məlumatı “Röyters” agentliyi xilasetmə xidmətlərinin nümayəndəsinə istinadla verib.
Məlumatda daha 12 nəfərin itkin düşdüyü, 3 nəfərin isə sağ tapıldığı bildirilir.
Dekabrın 3-də Sumatra adasında Marapi vulkanında irimiqyaslı oyanma baş verib. İlkin məlumata görə,vulkan 15 min metr yüksəkliyə qədər od və kül püskürüb.
Hürr Tərcüman