İndoneziyada zəlzələ - ölənlər və yaralananlar var
2022-11-21 21:58:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İndoneziyanın qərbində baş verən 5,6 bal gücündəki zəlzələ nəticəsində azı 162 nəfər həlak olub, 700 nəfər yaralanıb. Xəstəxanalar, məktəblər, evlər zədələnib.
Zəlzələ nəticəsində baş vermiş dağıntıların altında çox sayda adam qaldığından ölən və yaralananların sayının daha çox ola biləcəyi təxmin edilir.
Elektrik enerjisi kəsildiyindən xəstəxanalarda yaralıların əməliyyat edilməsi qeyri-mümkün olub.
Hürr Tərcüman