📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnfantino onlardan üzr istədi

2026-10-15 22:20:20

İnfantino onlardan üzr istədi

FİFA prezidenti Canni İnfantino Dünya Çempionatına ev sahibliyi hüquqlarının satılması ilə bağlı təşkilatın Şurasından üzr istəyib.

Hurriyyet.net  xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Bildirilir ki, Şura üzvləri qarşısında çıxış edərkən İnfantino onu tənqid edənlərdən üzr istəsə də, Dünya Çempionatına ev sahibliyi hüquqlarının satılması və ya ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun meydandan qovulması qərarının ləğv edilməsi barədə heç bir yeni məlumat verməyib.

Avropalı futbol rəsmiləri İnfantinonun Dünya Çempionatına ev sahibliyi hüquqlarının satılması ilə bağlı vəziyyətə aydınlıq gətirəcəyini gözləsələr də, o, sadəcə olaraq onlara öz suallarını yazılı şəkildə təqdim etməyi təklif edib.