📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnfarkt keçirərkən yıxılıb xəsarət aldı - Xəstəxanaya aparılanda öldü

2026-11-27 13:52:09

İnfarkt keçirərkən yıxılıb xəsarət aldı - Xəstəxanaya aparılanda öldü

Saatlı rayonunda 68 yaşlı kişi xəstəxanaya aparılarkən vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, noyabrın 26-sı saat 05 radələrində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Əlqəmzə İslam oğlu İbrahimov yaşadığı Mircəlalkənd kəndindəki evdə infarkt keçirib və yıxılarkən baş nahiyəsindən xəsarət alıb.

Ə.İbrahimov qohumları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.