📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnformasiya Müharibəsi Komandanlığı yaradılır

2024-09-09 13:23:14

İnformasiya Müharibəsi Komandanlığı yaradılır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya Donanmasının tərkibində İnformasiya Müharibəsi Komandanlığı yaradılacaq.
Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasında bu addımın informasiya müharibəsində "hücumlara" cavab vermək imkanlarının möhkəmləndirilməsi məqsədi ilə atıldığı bildirilir.
Yaponiya donanmasının istefada olan hərbi kəşfiyyatçısının  "Naval News" portalına verdiyi məlumata görə, məlumat müharibəsi bölməsi Hərbi Dəniz Qüvvələri üçün sualtı qayıqlar da daxil olmaqla, düşmən qüvvələrinin hərəkətini izləyəcək və təhlil edəcək. Bundan əlavə, ona rabitə təminatı, kiber əməliyyatlar keçirmək və radioelektron müharibə aparmaq məsələləri tapşırılacaq.
Hürr Tərcüman