📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnformatika fənni gələn il qəbul imtahanlarına salınmayacaq

2021-10-28 15:16:00

İnformatika fənni gələn il qəbul imtahanlarına salınmayacaq

I ixtisas qrupu üzrə kimya fənninin informatika ilə əvəzlənməsi gələn il üçün nəzərdə tutulmayıb.

Hurriyyet.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Lakin növbəti illərdə 2023-cü ildə informatika ilə bağlı suallar qəbul proqramlarına salınacaq. Bu istiqamətdə mütəxəssislər də dəvət edilib. Onun əlavə fənn olunması nəzərdə tutulur”.

Qeyd edək ki, DİM Direktorlar Şurasının sədri məntiq fənnin də növbəti tədris ilində qəbul proqramına salınması ilə bağlı fikirlərinin olduğunu deyib