İngiltərə dövlətinə qarşı müharibə elan edildi!
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Avropada peyvənd əleyhdarları hərəkatı yeni müstəviyə keçib. Bir çox Avropa ölkəsində şiddətli etirazlarla ifadə edilən koronavirus peyvəndi əleyhdarları İngiltərədə Alpha Men Assemble (Alfa Kişilər Cəmiyyəti) adlı qruplaşma yaradıblar. Bu qrup eyni zamanda dövlət təşkilatlarını, polisləri və mülki vətəndaşları təhdid eləməyə başlayıb.
Mətbuatın yazdığına görə, 100 nəfər üzvü olan qrupa keçmiş hərbçi Denni Qlass Londondan 230 km kilometr məsafədə yerləşən Stafforddakı bir parkda təlim keçir. Onların təlim məşqlərindən biri gizlincə videoya çəkilib. Qrupun adı Alfa Kişilər olsa da, onların arasında qadın da var.
Qadın üzvlərdən biri deyib: “Peyvənd mərkəzlərini, məktəblərini, məktəb direktorlarını, kollecləri, bələdiyə başçılarını, polisi, səhiyyə rəhbərlərini hədəfə almalıyıq. Heç birimiz bu lənətə gəlmiş peyvəndi etdirməyəcəyik, ailələrimiz də etdirməyəcək”.
Teleqramda 7 min nəfərə qədər üzvü olan “Alpha Men Assemble” qrupunun keçirdiyi iclaslarda “mübarizə və müharibəyə hazırlaşdığı” bəlli olub. Polislərlə döyüşə hazırlaşan şəxslərə hərbçilərin təlim keçdiyini göstərən videolar ölkədə həyəcan siqnalı verilməsinə səbəb olub. Təşkilatın lideri hökumətə qarşı müharibə elan edib.
Hürr Tərcüman