İngiltərə Mərkəzi Bankının başçısı Ərdoğanın faiz siyasətindən danışdı: “Qeyri-adi həmlədir”
2021-11-26 15:13:00
Hurriyyet.az Türkiyənin müxalifətçi “Sözcü” nəşrinə istinadən xəbər verir ki, İngiltərə Mərkəzi Bankının direktoru Endryu Beyli Türkiyədə Prezident R.T.Ərdoğanın göstərişi ilə tətbiq edilən aşağı faiz siyasətinin əleyhinə danışıb: “Məncə, bu, Türkiyə Respublikasının Mərkəzi Bankının müstəqilliyinin problemə çevrilməsinə aşkar nümunədir və bankın yenidən etibar qazanması həyati əhəmiyyətə malikdir”.
Beyli Türkiyə Prezidentinin maliyyə siyasəti ilə bağlı mövqeyini bildirərkən söyləyib: “Ümumilikdə başqalarının pul siyasəti barəsində şərh vermirəm, lakin iqtisadi baxımdan tamamilə qeyri-adi həmlə olduğunu söyləmək istəyirəm”.
Hürr Tərcüman