📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İngiltərə və İsveçrədən: “Qəzza, ağlama, sənin ölmənə heç vaxt icazə verməyəcəyik”

2024-06-08 22:38:24

İngiltərə və İsveçrədən: “Qəzza, ağlama, sənin ölmənə heç vaxt icazə verməyəcəyik”

Hurriyyet.az xəbər verir ki,on minlərlə insan Londonda soyqırımın dayandırılması və İsrailin hücumlarını davam etdirdiyi Qəzzada dərhal atəşkəs çağırışı ilə milli yürüş keçirib. İsveçrənin Cenevrə şəhərində də minlərlə insan növbəti dəfə Fələstinə dəstək yürüşü keçirib.    

Londonda 15-ci dəfə milli yürüş təşkil edən Fələstin tərəfdarları yürüş marşrutu boyunca “Fələstini azad et”, “İsrail terror dövlətidir” və “Qəzza, ağlama, sənin   ölmənə heç vaxt icazə verməyəcəyik” şüarları səsləndirib. ".

Cenevrədə minlərlə insan Fələstin xalqı ilə həmrəylik nümayişi keçirib