İngiltərə xarici İşıər Naziri:Rusiya qalib gələrsə Müharibəyə xərclədiyimizdən daha çoxunu...
Britaniya Xarici İşlər Naziri: Ukraynaya xərclənənlər, Rusiya qalib gələrsə, xərclənəcəklərlə müqayisədə heç bir şey deyil.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin Ukraynaya yatırdığı investisiyalar və hərbi dəstəklə bağlı, “Ukrayna müharibəni uduzsa, etməli olduğumuz sərmayələrlə müqayisədə dediyimiz məbləğlər heç bir şey deyil” deyib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Almaniyanın paytaxtı Berlində Ukraynanın Bərpası Konfransı çərçivəsində keçirilən "Xarici İşlər Nazirləri Müdafiədə Birləşdik, Bərpada Birləşdik, Birlikdə Daha Güclüyük" adlı sessiyada çıxış edib.
Keçən il İngiltərədə keçirilən konfransda Ukraynaya 60 milyard dollarlıq dəstək toplandığını xatırladan Kemeron, Ukraynaya dəstək verən ölkələrin ən güclü iqtisadiyyatlar, ən böyük kapital sahibləri və ən güclü ittifaqlar olduğunu bəyan edib.
“Biz Ukraynanın bütün müharibələrində qalib gəlməsini istəyirik”. Kemeron Ukrayna donanmasının Qara dənizdəki fəaliyyətinə toxunaraq deyib: “Ukrayna donanması İngiltərə kimi yüksək bacarıqlı müttəfiqlərinin dəstəyi ilə (Rusiya prezidenti Vladimir) Putinin Qara dəniz donanmasının 25 faizini batırıb və onları Qara dənizin o biri ucuna geri çəkilməyə məcbur edib. Beləliklə, yenidən taxıl dəhlizi açılıb. Ukrayna yenidən ixracata başladı və Ukrayna iqtisadiyyatı demək olar ki, 6 faiz artdı." deyə qeyd edib.
Kemeron Rusiyanın Ukraynadakı hədəflərinin arasında enerji və yeraltı sərvətlər olduğuna diqqət çəkərək, Ukraynanın müttəfiqlərinin də Rusiyanın enerji qaynaqlarını hədəf aldığını bildirib.
Avropa ölkələrinin Rusiyadan təbii qaz və neft almasını dayandırdığını xatırladan Kemeron Rusiya mallarının da dondurulduğunu xatırladıb.
Kemeron, G7-nin Ukraynanın borcları üçün dondurulmuş Rusiya mallarının istifadəsinə dair razılığa gəldiyini və neytral limanlara gələn sığortasız Rusiya gəmilərinə qarşı addımların atılması lazım olduğunu bildirib.Hurriyyet.az