İngiltərədə İsrail ilə Fələsrtin bayraqlarının qadağan edilməsi qərara alındı
2023-10-20 15:41:17
Hurriyyet.az xəbər verir ki, İngiltərə Premyer Liqası ilə İngiltərə Futbol Liqasında bu həftəsonu keçiriləcək futbol qarşılaşmalarında İsrail ilə Fələstinin bayraqlarından istifadə eləmək qadağan olunub.
Bu qərarın verilməsinin səbəbi Yaxın Şərqdə davam edən silahlı münaqişədir. Liqaların rəhbərlikləri bu qərarı stadionların tribunalarında münaqişələrin baş verməməsi üçün qəbul ediblər.
Futbolçular meydanlara matəm sarıqları ilə çıxacaqlar. Oyundan əvvəl müharibə qurbanları bir dəqiqəlik sükutla yad ediləcəklər.
İngiltərə premyer-liqasının növbəti qarşılaşması oktyabrın 21-də keçiriləcək – “Liverpul” ilə “Everton” qarşılaşacaqlar.
Hürr Tərcüman