📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnqilab Keşikçiləri Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı

2022-10-17 11:18:00

İnqilab Keşikçiləri Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı

Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") quru qüvvələrinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Arazboyu ərazisində təlimləri başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu böyük təlimin keçirilməsi "Sepah"ın illik məlumatlandırılmış təqvimə uyğun olaraq keçirilir.

Məqsəd quru qoşunlarının döyüş hazırlığının yüksəldilməsidir.

Təlimlərdə paraşütlü helikopter əməliyyatları, gecə həmləsi, və intiharçı pilotsuz uçuş aparatların hücumu, həmçinin Araz çayı üzərində körpü qurulması, kommunikasiyaların və yüksəkliklərin tutulması və s. həyata keçiriləcək.

İİKK quru qoşunları komandanı general Məhəmməd Pakpur deyib: "Bu təlimin mesajı qonşu ölkələrə sülh və dostluq, sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlərin isə digər silahlı qüvvələrlə birlikdə İran sərhədlərini müdafiə etməyə hazır olmağımız və istənilən təhdidlərə qətiyyətlə cavab verəcəyimizdir".

yenisabah.az