İnqilab Keşikçilərinin komandanı: “ABŞ ilə toqquşmalarda 9 İran hərbçisi həlak olub”
2021-11-23 15:03:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Ordusunun Dəniz Qüvvələri komandanı Əli Rza Tengseri Bəsrə Köfrəzində ABŞ ilə üz-üzə toqquşma zamanı 9 inqilab keşikçisinin həlak olduğunu bildirib. Məlumatı İranın Mehr agentliyi verib.
Tengseri deyib: “ABŞ ilə İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri arasında dəfələrlə birbaşa döyüş olub. 9 şəhid verdiyimiz bu döyüşlərin bəziləri barəsində mətbuata açıqlama vermədik. Buna qarşılıq olaraq biz də 9 zərbə vurduq”.
İranlı komandan bu döyüşlərin nə zaman baş verdiyi barəsində məlumat verməyib.
Hürr Tərcüman