📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnsan Hüquqları Müşahidə Təşkilatından İsraillə bağlı açıqlama

2023-12-18 13:05:01

İnsan Hüquqları Müşahidə Təşkilatından İsraillə bağlı açıqlama

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İnsan Hüquqları Müşahidə Təşkilatının son hesabatında İsrail “Qəzzadakı dinc vətəndaşları ac qoymaqdan müharibə silahı kimi istifadə eləməkdə” ittiham edilir.

Təşkilatın direktoru Ömər Şakir deyib: “İsrail iki aydan artıqdır ki, Qəzza xalqını yeməkdən və sudan məhrum edib. Bu, yuxarı vəzifəli israilli məmurların dəstəklədiyi, yaxud da təşviq elədiyi bir siyasətdir və dinc sakinləri ac qoymağı savaş vasitəsinə çevirmək niyyətini əks etdirir”.

Hesabatda beynəlxalq hüquqa görə, dinc sakinlərin həyatda qalması üçün ən zəruri imkanlardan məhrum edilməsinin müharibə cinayəti olduğu qeyd edilib.

Hürr Tərcüman