📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İnsanıq, kiminsə malı deyilik!”

2025-04-05 23:15:53

“İnsanıq, kiminsə malı deyilik!”

"ABŞ administrasiyasının rəsmilərinin Qrenlandiyalılara qarşı bəyanatları hörmətsizlikdən xəbər verir".

Hurriyyet.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qrenlandiyanın gələcək Baş naziri Yens-Frederik Nilsen deyib.

"Biz insanıq, kiminsə alınacaq malı deyilik. Həmişə əməkdaşlıqdan danışmaq mümkündür, ancaq ilhaqdan danışmaq qəbuledilməzdir. Bu, hörmətsizlik əlamətidir", - deyə o bildirib.

Nilsen ABŞ dövlət katibi Marko Rubio Qrenlandiyalıların Danimarkadan müstəqillik istəməsi, ABŞ-nin müdaxiləyə və onlara assosiasiya təklif etməyə hazır olması ilə bağlı fikrlərini də şərh edib:

"O, haqlıdır ki, Qrenlandiya Danimarkanın tərkbində olmaq istəmir. Bununla belə, Qrenlandiya da Amerikanın da olmaq istəmir".